Mojo.az Banner
13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |    
Left Banner
Right Banner

Bakıda piyadalar və mikromobillik istifadəçiləri üçün yeni layihələr icra ediləcək

28.01.2026 20:37 369
Bakıda piyadalar və mikromobillik istifadəçiləri üçün yeni layihələr icra ediləcək
Bakıda piyadaların və mikromobillik istifadəçilərinin hərəkətinin təhlükəsiz və rahat təşkili məqsədilə yeni infrastruktur layihələrinin icrası planlaşdırılır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, səkilərə və piyada yollarına dair ümumi tələbləri müəyyən edən dövlət standartı artıq təsdiq edilib və paytaxtın piyadalar üçün daha əlçatan şəhərə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

A.Rzayev qeyd edib ki, son dövrdə bir sıra küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb, yeni piyada və mikromobillik zonaları yaradılıb: "Artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb, həmin ərazilərdə piyada məkanları formalaşdırılıb. Bundan başqa, Z. Əliyeva, T. Əliyərbəyov, H.Z. Tağıyev, Y. Məmmədəliyev və Ə. Əlizadə küçələrində həftəsonları və bayram günlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir və bu ərazilər piyadaların istifadəsinə verilir. "28 May" metro stansiyasının qarşısında isə piyada infrastrukturu genişləndirilib".

Sədr əlavə edib ki, hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır və bu layihə Fəvvarələr meydanı ilə Qış Parkını vahid piyada dəhlizi kimi birləşdirəcək: "Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm də mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq".скачать dle 11.3
Mojo.az Banner