Mojo.az Banner
10:58 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir  |     10:56 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı

27.01.2026 12:27 396
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.

Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.

Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.скачать dle 11.3
Mojo.az Banner