Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan Azərbaycana 88 kiloqram narkotik keçirdi, məhkəmə bəraət verdi

27.01.2026 12:02 429
İrandan Azərbaycana 88 kiloqram narkotik keçirdi, məhkəmə bəraət verdi
İrandan Azərbaycana 88 kiloqram narkotik vasitə keçirən TIR sürücüsünə bəraət verilib.

Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Məmməd Ağayev (ad və soyad şərtidir) özünə məxsus DAF markalı yük maşını ilə beynəlxalq yükdaşıma həyata keçirməklə məşğul olub. O, bir müddət əvvəl İrana yük aparsa da, geri qayıdanda daşımaq üçün yük tapmayıb. M.Ağayev Lənkəranda olan Elman adlı digər TIR sürücüsü ilə əlaqə saxlayaraq, İrandan Azərbaycana sifarişlə yük daşımaq istədiyini bildirib. Elman ona Nəvid adlı İran vətəndaşının əlaqə nömrəsini verib. Bildirib ki, Nəvid İranda yükdaşıma sahəsində maklerlik edir. Məmməd Nəvidlə əlaqə saxlayıb və müştəri tapacağı təqdirdə ona 290 min rus rublu ödəyəcəyinə söz verib. Nəvid həmin məbləğlə razılaşıb və onu İranda anbarlardan birinə apararaq, orada Bakıya göndəriləcək bir maşın bibər yükü olduğunu deyib. Məmməd idarə etdiyi yük maşınını həmin anbara daxil edib və yük maşına yüklənilib.

Məmməd Azərbaycana qayıdarkən Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən "Cənub-Astara" gömrük postunda saxlanılıb və yüklər yoxlanılıb. Yoxlama zamanı bibər yeşiklərinin arasında 154 bağlamadan ibarət ümumi çəkisi 87 kiloqram 930 qram olan narkotik vasitə olan marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs yükün içərisinə baxmayıb və orada nə olduğunu bilməyib. Araşdırmalardan sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə M.Ağayevin günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.
//oxu.az

Son xəbərlər