Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Montyorun ölümünə görə ADY-nin əməkdaşına hökm oxundu

27.01.2026 11:48 417
Montyorun ölümünə görə ADY-nin əməkdaşına hökm oxundu
Ağsu Rayon Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən İsrafil Bədəlovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İsrafil Bədəlova şərti cəza verilib.

İttiham aktına əsasən, İsrafil Bədəlov 9 iyun 2021-ci il tarixli əmək müqaviləsi və eyni tarixli əmrlə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsində elektrik-montyor vəzifəsində çalışıb.

Müəyyən edilib ki, 2025-ci il sentyabrın 8-də saat 9 radələrində inzibati binada tərtib edilmiş naryad vərəqinə əsasən, Sığırlı və Sığırlı-Padar mənzili üzrə tək yolda 10 kilovatlıq yan xətdə gərginlik çıxarılaraq torpaqlama qoyulmalı, bundan sonra transformatorların sökülməsi işləri aparılmalı idi. Təqsirləndirilən şəxs həmin işlər üzrə iş rəhbəri və müşahidəçi təyin olunmuşdu.

İttihama görə, İsrafil Bədəlov həmin gün saat 14:40-da Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən dəmiryol stansiyasına gəlsə də, işçi qrupla birlikdə Padar stansiyasına getməyib, stansiyada qalıb. Halbuki o, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq torpaqlamanın qoyulmasını, ayırıcının açılmasını və işə təhlükəsiz başlanmasını təmin etməli idi. Bu hərəkətsizliyi ilə təqsirləndirilən şəxs müvafiq qaydaların tələblərini pozub. Belə ki, yüksəktəhlükəli sahələrin mühafizə olunmasını, gərginliyin olmamasının yoxlanılmasını, torpaqlamaların qoyulmasını və gərginliyin səhvən iş yerinə verilməsinin qarşısının alınmasını təmin etməyib.

Nəticədə həmin gün saat 16 radələrində ADY-nin eyni sahədə çalışan digər elektrik-montyoru, Kürdəmir rayonu Qarasu kənd sakini, 1989-cu il təvəllüdlü Məhəbbət Bağırov Padarqışlaq kəndi ərazisində yerləşən ayırıcını torpaqlama qoymadan açdıqdan sonra, işin ləğv edilməsi səbəbindən torpaqlama aparılmadan yenidən bağlamağa cəhd edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.

Məhkəmə-tibbi sənədlərə əsasən, mərhumun bədənində elektrik nişanələri, sıyrıqlar və müxtəlif nahiyələrdə xəsarətlər aşkarlanıb. Ölümün səbəbi isə elektrik cərəyanının təsirindən yaranmış kəskin ürək-ağciyər çatışmazlığı kimi qiymətləndirilib.

Beləliklə, İsrafil Bədəlova Cinayət Məcəlləsinin 162.2-ci (əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində insan ölümü) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, müsbət xarakterizə edildiyini, ailəsinin yeganə qazanc gətirəni olduğunu, ürək əməliyyatı keçirdiyini və daimi həkim nəzarətində olduğunu söyləyib. Həmçinin zərərçəkmiş tərəflə barışdığını və dəymiş ziyanı tam ödədiyini qeyd edərək cəzadan azad olunmasını məhkəmədən xahiş edib.

Son xəbərlər