Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar

23.01.2026 21:40 516
Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar
Bu gün başa çatan Davos Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası nöqteyi-nəzərindən mühüm mesaj və bəyanatlarla yadda qaldı. Forumdan öncə açıqlanan Qlobal Risk Hesabatında da beynəlxalq münasibətlərin mövcud vəziyyəti "soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş" sistem kimi təsvir edilirdi.

Artıq indidən builki Davos Forumunu XX və XXI əsrin dönüş nöqtələri ilə müqayisə etmək mümkündür:

- 1946-cı ildə Fultonda Uinston Çörçillin çıxışı ilə Qərblə SSRİ arasında 45 il davam edən "soyuq müharibə"nin ideoloji təməli qoyuldu;

- 2007-ci ildə Münhendə Vladimir Putinin çıxışı Qərb-Rusiya münasibətlərində yeni və gərgin mərhələnin başlanğıcı oldu;

- 2026-cı ildə isə Davos orta güclərin beynəlxalq münasibətlər sisteminə müstəqil subyekt kimi daxil olduğu yeni dünya düzəninin başlanğıc nöqtəsi kimi tarixə düşdü.

Davos Zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq "orta güc" statusuna yüksəldiyini faktiki olaraq təsdiqlədi. Bu dövlətlər beynəlxalq münasibətlərin passiv obyekti olmaqdan çıxaraq, qərarverici subyektlərə çevrildilər.

Forumda Almaniya Kanslerinin çıxışı Avropanın yeni qlobal düzəndə Berlin mərkəzli təmsil olunacağına dair açıq mesaj idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan qlobal nizamın ciddi qüsurlara malik olduğunu və onun təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin daha çox sərt gücə əsaslanacağını bildirən Almaniya özünü ABŞ, Çin və Rusiyadan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.

Almaniya Kansleri çıxışında bildirib:

"Biz heç vaxt bir həqiqəti unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. Bu, ilk növbədə kiçik və orta dövlətlər üçün, eyni zamanda böyük dövlətlər üçün də təhlükəlidir. Mən bunu ağır ürəklə deyirəm. XX əsrdə mənim ölkəm - Almaniya bu acını son damlasına qədər yaşadı və dünyanı dərin uçuruma yuvarlatdı".

Bu fikirlə kansler etik normalarla məhdudlaşdırılmayan güc anlayışının fəlakətə aparan yol olduğunu etiraf etmiş oldu.

Maraqlıdır ki, bu tezis Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif beynəlxalq tribunalarda səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində demişdi:

"Bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq yoxdur. Bunu hər kəs qəbul etməlidir. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Amma heç bir ölkə haqsızlıq etməməli, digər dövlətin ərazi bütövlüyünə göz dikməməlidir".

Davos-2026 bir daha göstərdi ki, dünya "güclünün hüququ" mərhələsinə daxil olduğu bir dövrdə İlham Əliyevin formalaşdırdığı bu siyasi düstur yaşamaq, mövcudluğunu qorumaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas istiqamətverici mayaka çevrilir.

Son xəbərlər