Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir

13.01.2026 20:17 387
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.

Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.скачать dle 11.3
Mojo.az Banner