Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

ETX sürücülük vəsiqələri ilə bağlı ÇAĞIRIŞ ETDİ

13.01.2026 15:03 369
ETX sürücülük vəsiqələri ilə bağlı ÇAĞIRIŞ ETDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində "Instagram" sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.

Median.Az
ETX-ya istinadən xəbər verir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.

ETX bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.

Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və "Fərdi məlumatlar haqqında" qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.скачать dle 11.3
Mojo.az Banner