Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Crocus City Hall"da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi

13.01.2026 13:25 720
Rusiyada 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Moskva məhkəməsində keçirilən səyyar iclasda Dalercon Mirzoyevin dindirilməsinə başlayıb. Dalercon Mirzoyev 149 nəfərin öldüyü "Crocus City Hall"da terror aktına dair cinayət işində dörd əsas təqsirləndirilən şəxsdən biridir. Ümumilikdə iş üzrə 19 təqsirləndirilən şəxs var, daha əvvəl məhkəmə əsas təqsirləndirilən şəxs Şamsidin Faridunini dindirib.

Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

Məhkəmə prosesi iştirakçılarından birinin sözlərinə görə, Mirzoyev ifadəsi zamanı bildirib ki, hücum edilən məqamda Rusiya hüquq-mühafizə orqanlarının hədəfinə çevriləcəyini dərk edib. Agentliyin mənbəsinin bildirdiyinə görə, Mirzoyevin ifadəsindən, həmçinin o da məlum olur ki, terror aktının törədilməsi zamanı bütün silahlılar düyməli telefonlardan istifadə ediblər.

Bundan əlavə, axtarışa verilən və Rusiya hüdudlarından kənarda olan terrorçuların kuratoru Sayfullo Merzoyevə hər şeydə Fariduniyə qulaq asmağı əmr edib.

Daha əvvəl istintaqın gedişatı zamanı müəyyən edildiyi kimi, Sayfullo silahlıların cəlb edilməsi ilə məşğul olub, onlara təlimatlar verib, eləcə də silahları haradan və necə əldə etmək barədə məlumatlandırıb, həmçinin terrorçuların hücum edəcəkləri obyektləri müəyyən edib və "Crocus City Hall" ziyarətçilərinin güllələnməsindən sonra terrorçuların qaçacağı istiqamətləri hazırlayıb.

Mirzoyev, həmçinin məhkəmədə təsdiqləyib ki, hücumdan əvvəl işin əsas fiqurantı olan Fariduni bütün silahlıları su içməyə məcbur edib və bu suyun içinə gizli şəkildə narkotik vasitələr əlavə edilmiş olub. Dindirilən əsas şübhəlilərdən biri əvvəl verdiyi bütün ifadələri təsdiqləyib və eyni zamanda, "Crocus" ziyarətçilərini necə və hansı silahla öldürdüyünü xatırladıb.

35 yaşlı Mirzoyev "Crocus City Hall" ziyarətçilərinin güllələnməsində birbaşa iştirak edən dörd terrorçudan biridir. Son 15 ildə fiqurant bir neçə dəfə Rusiyaya səfər edib və eyni zamanda, immiqrasiya qanunvericiliyini pozub, həmçinin inzibati məsuliyyətə cəlb edilib və sonrakı deportasiya üçün müvəqqəti saxlama mərkəzinə göndərilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner