Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

İndoneziya "Grok" çat-botunu cinsi məzmun səbəbindən bloklayıb

10.01.2026 20:24 1 146
İndoneziya
İndoneziya müvəqqəti olaraq İlon Maska məxsus olan "Grok" çat-botunu bloklayıb və bu süni intellekt (AI) alətinə çıxışı məhdudlaşdıran ilk ölkə olub.

Median.Az
"Reuters" agentliyinə istinadən xəbər verir ki, bu qərar "Grok"un pornoqrafik məzmun yaratma riski səbəbindən qəbul olunub.

Qeyd edək ki, daha əvvəl Avropadan Asiyaya qədər hökumətlər və tənzimləyicilər tətbiqdəki cinsi məzmunla bağlı narahatlıqlarını bildirib, bəzi ölkələr isə rəsmi yoxlamalara başlayıb.

"Hökumət razılaşdırılmamış cinsi "deep-fake"lər yaratma praktikasını rəqəmsal məkanda insan hüquqlarının, ləyaqətin və vətəndaşların təhlükəsizliyinin ciddi pozuntusu hesab edir", - İndoneziyanın rabitə və rəqəmsal texnologiyalar naziri Meutya Hafid vurğulayıb.

Nazirlik həmçinin bu vəziyyəti müzakirə etmək üçün "xAI" ("Grok"un tərtibatçısı) nümayəndələrini dəvət edib.

Daha əvvəl "xAI" şirkəti fotoların yaradılması və redaktə edilməsi imkanlarını yalnız pullu abunəçilərlə məhdudlaşdırdığını bildirmişdir. Bu addım, qismən çılpaq uşaqların olduğu səhnələr daxil olmaqla, cinsi məzmunlu şəkillərin yaradılmasına imkan verən qorunma boşluqlarını aradan qaldırmağa yönəlmişdir.

İlon Mask "X" sosial şəbəkəsində qeyri-qanuni məzmun yaradan "Grok" istifadəçilərini qadağan edilmiş materialların dərc edilməsi zamanı olduğu kimi eyni nəticələrin gözlədiyini qeyd edib.скачать dle 11.3
Mojo.az Banner