Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq partiya sədrinin məhkəməsində GƏRGİNLİK: 150 min dollarlıq DƏLƏDUZLUQ İDDİASI

09.01.2026 18:23 483
Sabiq partiya sədrinin məhkəməsində GƏRGİNLİK: 150 min dollarlıq DƏLƏDUZLUQ İDDİASI
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri olmuş Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Zibeydə Sadıqova vəsatət verərək müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsini istəyib. O, həmçinin A.Əsədlinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə dair vəsatət verib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, müttəhimin vəkillərinin yanında əyləşməsinə isə razılıq verilib.

Daha sonra Anar Əsədli ona verilən sualları cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur:

"Etibar Nəsirova olan 3000 manat borcu qaytarmağı təklif etsəm də o, həmin məbləği qəbul etməyib".

Anar Əsədli onunla bağlı vəsatətlərin qəbul olunmadığını əsas gətirərək digər sualları cavablandırmaqdan imtina edib.

Zərərçəkən Oqtay Qasımov isə ifadəsi zamanı bildirib ki, Anar Əsədlini əvvəllər tanıyıb:

"Qazanc əldə ediləcəyi vədinə inanaraq, ona müxtəlif vaxtlarda hərəsində 50 min olmaqla 3 dəfəyə ümumilikdə 150 min dollar vermişəm. Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür ki, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev alqı-satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra tenderdə xəstəxana layihəsinə pul qoyub qazanacağını bildirərək, yenə məndən pul alıb. Oradan səs çıxmayanda pulu geri çəkərək Azərbaycanda lombard işinə və neft şirkətinə yatırım edib pul qazanacağımıza dair vədlər verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazanacağam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulumu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat da borc alıb".

Zərərçəkənin bu ifadəsindən sonra tərəflər arasında gərginlik yaranıb və onlar bir-birini təhqir ediblər.

Anar Əsədli zərərçəkənin nümayəndəsinə ağır sözlər deyib, bundan sonra hakimin qərarı ilə o, yenidən şüşə qəfəsə salınıb.

Növbəti proses fevralın 6-na təyin edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Məhkəmədə zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.

Son xəbərlər