Mojo.az Banner
20:03 İran parlamentinin sədri Trampı "unudulmaz dərs" verməklə hədələdi  |     19:39 ANAMA yanında İctimai Şuradan azad olunan ərazilərə qayıdan şəxslərə XƏBƏRDARLIQ  |     19:31 Gümüşün qiyməti tarixi maksimumunu yenilədi  |     18:24 Deputat yerinə öz qızını təyin etdi  |     17:06 Qətlə yetirilən əsgərin anası qəzada öldü  |     17:01 Bu gün geomaqnit qasırğası gözlənilir  |     16:51 Azərbaycanda temperatur 5-10 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ  |     16:44 Bakıda nadir hadisə: Qız sinif yoldaşının ailəsinə övladlığa verildi  |     16:30 "Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq  |     16:22 Avtobusda soyğunçuluq edən üç nəfər saxlanıldı - Video  |     15:16 İranlı narkotacirlərə kuryerlik edənlər Bakıda ƏLƏ KEÇDİLƏR  |     14:09 Ölkədə övladlığa uşaq götürən subay şəxslərin sayı bilindi  |     13:18 Sabah Bakıya sulu qar yağacaq  |     13:15 Dubaydan Bakıya qanunsuz gətirilən qızıl külçələr ələ keçdi - FOTO  |     13:14 Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ - Əhaliyə YÜKSƏK MƏBLƏĞDƏ kompensasiya ödəniləcək  |     12:37 Leyla Əliyeva şəhid Tərlan Məmmədovun ailəsini ziyarət edib - FOTO  |     12:20 Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI  |     12:12 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər apellyasiya şikayəti veriblər  |     12:10 Bakıda küçədə tanışını güllələyib öldürən hərbçi aldığı cəza ilə razılaşmır  |     11:57 Netanyahudan İranla bağlı bəyanat: Etirazları yaxından izləyirik  |    
Left Banner
Right Banner

"Adore"un 402 manatlıq ətrinin keyfiyyətindən narazılıq (Video)

09.01.2026 14:08 120
Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan "Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.

Bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.

Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur.

Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:

"Dekabrın 3-də "Adore”un "Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, "bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, "hara istəsəniz, müraciət edə bilərsiniz”.

G.Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib.

AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə "Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:

"Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”.

"Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov məsələ ilə bağlı bildirib ki, məhsul istehalçı şirkət tərəfindən hansı formada istehsal olunubsa, mağazalarda da eyni şəkildə satışa təqdim edilir.

Onun sözlərinə görə, daxil olmuş şikayətlə bağlı müvafiq brend artıq məlumatlandırılıb: "Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orjinallığı yoxlanıla bilər”.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə müvafiq araşdırma aparıldığı vurğulanıb:

"Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşın müraciəti hazırda araşdırma mərhələsindədir. Araşdırma yekunlaşdıqdan sonra əldə edilmiş nəticələr barədə müraciət edən tərəfə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat veriləcək”.

"Əgər müştəriyə satılan məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş təzminat tələb edə bilər. Həmin məhsula görə şirkətin əldə etdiyi, formalaşdırdığı dövriyyəyə uyğun olaraq cərimə sanksiyası tətbiq oluna bilər. Eyni zamanda vətəndaş da ödəniş etdiyi məhsula görə vurulmuş zərərin tam məbləğini və mənəvi zərəri də tələb edə bilər”, - bunu isə məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Ramil Süleymanov qeyd edib.скачать dle 11.3