Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

"İdeal"dan aldığı ətirin qalıcılığı olmadığı üçün geri qaytardı, başına gəlməyən qalmadı - İDDİA (FOTO)

03.09.2019 17:17 3 405
"Doğrudur, bir ətirlə mən heç nə itirməyəcəm, amma "İdeal” bu saxtakarlıqla hələ çox insanın büdcəsini dağıdacaq”.

Bu barədə azxeber.com-a müraciətində, gənc yazıçı-publisist Türkan Turan söyləyib. Şikayət məktubu ilə portalımıza müraciət edən T.Turanın sözlərinə görə, 20.08.2019 tarixində "İdeal”ın VİP bölümündən aldığı "Tom Ford White Patchouli” adlı ətiri qoxusu daimi qalmadığı üçün qaytarmaq istəsə də, buna nail ola bilməyib:

"Sizə bir neçə gün əvvəl "İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin Nizami küçəsində yerləşən filialında başıma gələn saxtakarlıqdan bəhs edəcəm. 20.08.2019 tarixində "İdeal”ın VİP bölümündən "Tom Ford White Patchouli” adlı ətir aldım. Qeyd edim ki, bu məhsuldan cəmi bir dənə olmağı məni şübhəyə saldı. Mütəmadi istifadə etdiyim üçün bilirdim ki, uzun müddətdir ölkəyə idxalı dayandırılıb. Məhsulu satan satış meneceri Quliyev Hümbət məni əmin etdi ki, şübhəm doğru deyil. Bildirdi ki, əgər problem çıxsa gətirərsiniz qaytararıq. Narahat olmağa heç bir əsas olmadığını dönə-dönə vurğuladı. Razılaşdıq. Üstündən 2 saat keçməmiş qoxunun uçub getdiyini gördüm. 24 saat tamam olmamış 21.08.2019 tarixində məhsulu geri qaytardım. Mağazadakı Timur adlı şəxs bildirdi ki, ətir ekspertizaya göndəriləcək. Növbəti gün Hümbət Quliyev özü mənə zəng etdi və dedi ki, ətir həqiqətən saxtadır. Mağaza əməkdaşlarının da üstlərinə vurub yoxladığını, lakin qoxunun qalmadığını dedi. Daimi müştərisi olduğum üçün hətta dəfələrlə üzrxahlıq da elədi. Sentyabrın 1-də pulumun geri qaytarılacağını, heç bir narahatçılığa əsas olmadığını söylədi”.

Şikayətçinin sözlərinə görə, deyilən tarixdən bir gün öncə mağazaya gedib və ödənişi geri almağa çalışıb: "Daha əvvəl dialoqumuz olan Timur adlı şəxs harasa zəng etdi və mənə yalnız birinci gün köməklik edəcəklərini dedi. Həmin vaxt məsələnin qəsdən uzadıldığını gördüm, bu dəqiqə həll edilməsini tələb etdim. Az əvvəl danışdığı şəxsə yenidən zəng etdi və qarşı tərəfin mənimlə danışmaq istədiyini dedi. Adının Fuad olduğunu deyib, özünü "İdeal”ın VİP rəhbəri kimi təqdim etdi. Onunla uzun və mübahisəli danışığımız oldu. İsrarla mənə sırıdıqları geydirmə məhsulu müdafiə edirdi. Sözlərindən əmin idim ki, saxta məhsullarına sahib çıxmaq istəmirlər. Çünki dayanmadan bəhanələr uydururdu, bir sözü digərin ilə uyğun gəlmirdi. Axırda rəy olmasa mənə yardım edə bilməyəcəyini dedi. Bundan əlavə özünü VİP təmsilçisi kimi aparmadığını xüsusi vurğulamalıyam. Üstündən 3 gün keçdi. Mağazadan mənə zəng elədilər və parfümü gedib götürə biləcəyimi söylədilər. Getdim. Bu dəfə "İdeal”ın Nizami filialının mağaza direktoru olduğunu deyən Anar adlı bəydən ekspertizanın rəyinin mənə də təqdim edilməsini söylədim. Lakin bunu yazılı əsasla deyil burunları ilə yoxladıqlarını dedi. Həmin vaxt anladım ki, bu boyda ətir şəbəkəsinin ekspertiza rəyi dedikləri burunları imiş. Təbii ki, gülməli durum idi. Maraqlı olan budur ki, mağazanın satış təmsilçisi də israrla ətirin saxta olduğunu vurğuladı. Bundan əlavə aldığım məhsulun qutusunda yazılan barkodu malın orjinallığını təsdiqləyən sistemə yazdım "bu məhsul saxtadır” cavabını aldım. "İdeal”da satılan ucuz ətirlərin saxta olduğunu qəbul edirdim. Amma VİP bölümündən bu boyda rəzalət və saxtakarlıq gözləmirdim. Doğrudur, bir ətirlə mən heç nə itirməyəcəm, amma "İdeal” bu saxtakarlıqla hələ çox insanın büdcəsini dağıdacaq. Bunu yazmağı özümə borc bildim, ən azından başqaları da mənim kimi, bu cür halların qurbanına çevrilməsin deyə”.

Sözügedən iddia ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.




Son xəbərlər