Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi | 11:50 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

2026-cı ildə səyahət daha da bahalaşacaq

03.01.2026 22:29 756
2026-cı ildə səyahət daha da bahalaşacaq
2026-cı ildə bir sıra istiqamətlər üzrə səyahət xərcləri artacaq. Bunun əsas səbəbləri sırasında geosiyasi gərginlik, izolyasionist siyasətlər və aviasiya sektorundakı dəyişikliklər göstərilir.

Turizm portalı Fodors ekspertlərinin proqnozuna əsasən, bəzi regionlarda kommersiya aviasiyası üçün hava məkanının məhdudlaşdırılması mümkündür. Bu isə daha uzun uçuş marşrutları və nəticə etibarilə yanacaq xərclərinin artması deməkdir.

Eyni zamanda, aşağıbüdcəli aviaşirkətlər də çətinliklərlə üzləşir. İşçi qüvvəsi çatışmazlığı fonunda əməkhaqlarının yüksəlməsi, eləcə də hava limanı rüsumlarının artması bu şirkətlərin xərclərini artırır və biletlərin bahalaşmasına səbəb olur.

Bundan əlavə, bir çox məşhur turizm istiqamətləri turist axınını nəzarətdə saxlamaq üçün qonaqlar üçün vergiləri artırmaqda davam edir.

Belə ki, Venesiya şəhərinə giriş üçün ödəniş 2026-cı ildə yenidən tətbiq olunacaq. Edinburq isə iyul ayından etibarən yaşayış üçün 5 faizə qədər turist vergisi tətbiq edəcək. Norveçdə bəzi bələdiyyələr kruiz gəmilərinin sərnişinlərindən və gecələyən turistlərdən 3 faizlik rüsum almağı planlaşdırır.

Yunanıstanın bəzi limanlarında da kruiz sərnişinləri üçün əlavə ödənişlər nəzərdə tutulur. Mövsümdən asılı olaraq Santorini və Mikonos adalarında bu rüsum 20 avroya qədər çata bilər.

Bundan başqa, Sinqapur 2026-cı ildən etibarən sərnişinlərdən ekoloji təmiz aviasiya yanacağı üçün 32 ABŞ dolları məbləğində ödəniş alacaq. Yaponiya isə Kioto şəhərində yaşayış vergisinin mərhələli şəkildə 900 faizə qədər artırılmasını təsdiqləyib. Bu dəyişiklik mart ayından qüvvəyə minəcək.

2026-cı ildə səyahət edərkən necə qənaət etmək olar?

Faye Travel Insurance şirkəti turistlərə səyahət planlaşdırarkən daha çevik olmağı tövsiyə edir. Məsələn, konkret ölkə yerinə istirahət növünü – xizək, çimərlik və ya şəhər turizmini seçərək büdcəyə uyğun istiqamət tapmaq mümkündür.

Bundan əlavə, imkan daxilində dost və ya qohum yanında qalmaq, mövsümdənkənar dövrlərdə səyahət etmək, yeməyi qalınan məkanda hazırlamaq və əlavə baqaj rüsumlarından yayınmaq üçün az əşya götürmək tövsiyə olunur.

Qeyd edək ki, daha əvvəl ABTA tərəfindən hazırlanan Travel Trends report for 2026 hesabatında 2026-cı ildə səyahət üçün ən əlverişli ayın sentyabr olduğu bildirilmişdi. GetYourGuide platformasının ekspertləri isə gələn il üstünlük təşkil edəcək altı əsas turizm trendini müəyyən ediblər.

Son xəbərlər