Mojo.az Banner
19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |     17:53 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:36 Səhər oyanan kimi telefona baxanların nəzərinə  |     17:29 DİQQƏT! - Bakıda 9 marşrutun hərəkət sxemi dəyişdirildi  |     17:26 PSJ Ferran Torresi almaq istəyir  |     17:18 Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri  |     17:11 İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi - FOTO  |     17:01 "AYB-nin poliklinikası sovet dövründən qalıb" — SORĞU  |     16:41 Yasamalda açıq sahə yanır  |     16:40 FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi  |     16:36 Bakıda dənizdə iki qadın boğulub  |     16:31 Azərbaycanda orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib  |     16:25 Azərbaycanda zəlzələ olub - FOTO  |     16:01 İran Ukraynadan təzminat tələb edir  |     15:55 Tatarıstanda matəm elan olundu - YENİLƏNİB  |    
Left Banner
Right Banner

Erməni xizəkçi beynəlxalq yarışda "Azərbaycan" yazısının üstünü bağladığına görə cərimələnib (FOTO)

03.01.2026 13:45 1 119
Erməni xizəkçi beynəlxalq yarışda
Erməni xizəkçisi Mikael Mikaelyan İtaliyada nüfuzlu "Tour de Ski" yarışlarında öz formasında "Azərbaycan" yazısının üstünü bağladığı üçün Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Median.Az
"Expressen" nəşrinə istinadən xəbər verir ki, keçən ilin may ayında FIS Azərbaycanın Dövlət Turizm Agentliyi ilə 5 illik sponsorluq müqaviləsi imzalayıb. İndi bəzi yarışlarda xizəkçilərin geyimlərində titul sponsoru kimi ölkəmizin adı qeyd olunur.

Mikaelyanla bağlı hadisə İtaliyanın Dobbiyako şəhərində "Tour de Ski"nin yarışlarından birində - Dünya Kubokunun bir hissəsi olan məşhur çoxgünlük xizək yarışında baş verib. O, "Azərbaycan" yazısını yapışqan lentlə örtüb və FIS tərəfindən cərimələnib.

Xizək kostyumlarında Azərbaycan adından əlavə, "Tour de Ski"də hər yerdə ölkəmizin adı yazılmış böyük reklam lövhələri də asılıb.





скачать dle 11.3
Mojo.az Banner