Mojo.az Banner
00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Hikmət Hacıyev: "Biz Tramp Administrasiyasının tam dəstəyinə malikik"

02.01.2026 12:36 531
Hikmət Hacıyev:
"Tramp Administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə deyib.

Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, Azərbaycan İsrail əlaqələrinə həsr edilən yazısında H.Hacıyevə istinadən ABŞ prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsi qiymətləndirilməli məqam kimi qeyd olunub.

Bununla belə H.Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini deyib:

"Hər iki hökumət - Azərbaycan və Ermənistan sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrı-seçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər".

H.Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib. O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşmasından kəskin fərqlənir:

"Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular".

O xatırladıb ki, Bayden Administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.

H.Hacıyev Tramp Administrasiyası ilə pozitiv əməkdaşlıq nümunəsi kimi onun birinci prezidentliyi dövründə administrasiyanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb.

Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurma cəhdlərinə toxunan H.Hacıyev bu ölkəyə neft məhsullarının ixracını, Ermənistan bazarlarına taxıl tranzitinə yaradılan şəraiti qeyd edib.

"Bu simvolik görünə bilər, lakin simvolizmlə yanaşı həqiqətən də mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq", - H.Hacıyev bildirib.

Azərbaycanın dini baxımdan tolerantlıq məkanı olduğunu vurğulayan Prezidentin köməkçisi ölkənin qeyri-sabit regionda Qərblə əməkdaşlıq üçün təbii tərəfdaş olduğunu bəyan edib:

"Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu, bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz Tramp Administrasiyasının tam dəstəyinə malikik".скачать dle 11.3
Mojo.az Banner