Mojo.az Banner
21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |     20:29 Tramp: "Mən İran liderinin öldürülməsini istəmirəm"  |     20:14 Erol Köse 16-cı mərtəbədən yıxılaraq öldü  |     20:08 Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb  |     19:52 İranda 550 saatdan çoxdur internet tam kəsilib  |     19:41 "İsrail bundan çox məmnun qalacaq" - Tramp  |     19:32 Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO  |     19:21 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     19:15 İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib  |     19:07 KİV: Zidan Fransa yığmasına başçılıq etmək üçün şifahi razılıq əldə edib  |     19:00 "Kiyev təslim olsun, müharibə bitsin" - Zaxarova  |     18:50 Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq  |     18:38 Osimhen futbol klubu alır  |     18:32 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     18:28 Yer tarazlığını itirib: Alimlər təhlükəli xəbərdarlıq etdi  |    
Left Banner
Right Banner

Elektron siqaretlərin satışı qadağan edilir

30.12.2025 13:07 759
Elektron siqaretlərin satışı qadağan edilir
Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bununla bağlı "Tütün və tütün məmulatları haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.

Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Layihədə qeyd edilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

Qanun layihəsi qəbul olunacağı halda 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner