Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Cari ildə ölkəyə gətirilən elektron siqaretlərin sayı açıqlandı

17.12.2025 17:42 504
Cari ildə ölkəyə gətirilən elektron siqaretlərin sayı açıqlandı
"Tütün və tütün məmulatı haqqında" qanuna ediləcək dəyişikliklə Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunacağı gözlənilir.

Milli Məclisin komitə iclasında çıxış edən deputat Azər Əmiraslanov bildirib ki, ilin ilk 11 ayı ərzində 20 milyon manat dəyərində elektron siqaret ölkəyə gətirilib: "İlin sonuna qədər bu rəqəm arta bilər".

Oxu.Az-ın rəsmi statistik rəqəmlər üzərində apardığı araşdırmalar zamanı məlum oldu ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə ümumilikdə 77 min 570 ədəd elektron siqaret və analoji qurğu idxal olunub. Bu məhsulların idxal dəyəri 16 milyon 550 min dollardan çox olub.

Ən çox idxal Malayziyadan həyata keçirilib. Belə ki, bu ölkədən Azərbaycana 30 min 680 ədəd elektron siqaret gətirilib və idxalın dəyəri 11 milyon 440 min dollar olub. İdxalda növbəti yerləri İndoneziya (24 min 960 ədəd), Çin (20 min 891 ədəd) tutur. Rusiyadan 1026 ədəd və BƏƏ-dən 13 ədəd elektron siqaret idxal edilib.

Gömrük statistikasına görə, eyni dövrdə Azərbaycandan 222 ədəd elektron siqaret və analoji qurğu ixrac edilib. İxracın ümumi dəyəri 4 min 240 dollar təşkil edib.скачать dle 11.3
Mojo.az Banner