Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Özbəkistanda elektron siqaretlər qadağan edilib

07.01.2025 19:15 2 073
Özbəkistanda elektron siqaretlər qadağan edilib
Özbəkistan parlamentinin Qanunverici (aşağı) palatasının deputatları növbəti plenar iclasda respublikada elektron siqaretlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Bu barədə Qanunverici Palatanın Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, həmçinin, tüstüsüz tütün məhsullarının, nikotin istehlakı üçün cihazların, o cümlədən elektron siqaretlərin qanunsuz dövriyyəyə buraxılması ilə bağlı hüquq pozuntularına görə məsuliyyət müəyyən edilir.

Qeyd olunur ki, ekspertlərin fikrincə, elektron siqaretlər nikotindən əlavə, insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran 80 müxtəlif kanserogen və toksik kimyəvi birləşmə və ağır metallar ehtiva edir. Xüsusilə, orqanizmdə nikotin asılılığının artması beyində patoloji strukturların formalaşmasına, uşaq və yeniyetmələrdə intellekt, bilik və qabiliyyətlərin azalmasına səbəb ola bilər.

"Sənədin qəbulu əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşmasına xidmət edəcək", - mətbuat xidməti əlavə edib.

Özbəkistan qanunvericiliyinə əsasən, qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra Senat (parlamentin yuxarı palatası) tərəfindən təsdiqləndikdə və respublika prezidenti tərəfindən imzalandıqda qüvvəyə minəcək.скачать dle 11.3
Mojo.az Banner