Mojo.az Banner
19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir

15.10.2024 21:05 2 475
Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir
Kaliforniya Universitetinin alimləri ənənəvi siqaretlərin ürəyin fəaliyyətinə mənfi təsir göstərdiyini, elektron buxarlandırıcıların isə qan damarlarına daha çox zərər verdiyini müəyyən ediblər.

Tədqiqatın nəticələri “Journal of American Heart Association” (JAHA) jurnalında dərc olunub.

Təcrübənin bir hissəsi olaraq, alimlər 117 sağlam yetkin dişi və erkək siçovulları təmizlənmiş havaya, nikotinsiz elektron siqaret buxarına, ənənəvi tütün tüstüsünə və nikotin buxarına məruz qoyublar. Sonra tədqiqatçılar sol mədəciyin (ürəyin kameralarından biri) funksiyasını və hər bir heyvanın damarlarının vəziyyətini qiymətləndiriblər.

Nəticələr göstərib ki, tərkibində nikotin olan elektron siqaretlər damar sağlamlığına və sol mədəciyin arterial sistemlə qarşılıqlı əlaqəsinə mənfi təsir göstərir. Həmçinin ənənəvi siqaretlərin sol mədəciyin daralma qabiliyyətini daha çox pisləşdirdiyi də aşkarlanıb.

Ürəyin sol mədəciyi oksigenlə zəngin qanı sistem dövranına vurur. Qan vurmanın səmərəliliyinin itirilməsi bədən hüceyrələrinin oksigen çatışmazlığına səbəb olur. Bu xüsusilə beyin hüceyrələri üçün təhlükəlidir.

Alimlərin fikrincə, nikotin buxarının inhalyasiyası birbaşa damar sisteminin sürətlə qocalmasına səbəb olur. Tədqiqatçılar qeyd ediblər ki, oxşar təhlükəyə təkcə heyvanlar deyil, insanlar da məruz qala bilər.скачать dle 11.3
Mojo.az Banner