Mojo.az Banner
13:28 Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi - Ölənlər və xəsarət alanlar var  |     13:21 Hansı rayonda nə qədər eşşək var? – Siyahı  |     13:01 Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı  |     12:31 Qəbələdə maşın piyadanı vuraraq öldürüb  |     12:16 Dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     12:11 Bəzi ərazilərə yağış yağıb - FAKTİKİ HAVA  |     12:09 Zaqatalada avtomobil çuxura düşdü, sürücü xəsarət aldı  |     12:08 İki ay əvvəl Bakıya gələn senator ABŞ-də NAZİR SEÇİLDİ  |     12:05 Azərbaycan nefti ucuzlaşıb  |     12:03 Hamiləlik müddətində Daun sindromu riskini azaldan məhsul açıqlanıb  |     12:01 "Hyundai" 69 mindən çox avtomobilini geri çağırır  |     11:59 "F-35" pilotu İrana qarşı əməliyyat zamanı qəlpə yaraları alıb  |     11:51 Bankların fəaliyyəti dayandırılacaq? - Vacib AÇIQLAMA - Video  |     11:34 Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - Video  |     11:29 Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələndi  |     11:21 KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib  |     23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |    
Left Banner
Right Banner

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025 20:53 381
İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib
Prezident İlham Əliyev "İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2,5 milyon manatdan 1 milyon manata endirilib.

Əvəzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər işlərin maliyyələşdirilməsi üzrə xərclər 464,765 milyon manatdan 497,765 milyon manata qaldırılıb, o cümlədən dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər 200 milyon manatdan 190 milyon manata, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 25 milyon manatdan 21,3 milyon manata, tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması üzrə xərcləri 28 milyon manatdan 63,5 milyon manata, xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması üzrə xərclər 10 milyon manatdan 21,2 milyon manata dəyişdirilib.

Bundan başqa, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri xərcləri 430 milyon manatdan 495 milyon manata qaldırılıb, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi xərcləri isə 40 milyon manatdan 20 milyon manata endirilib.скачать dle 11.3
Mojo.az Banner