Mojo.az Banner
13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |    
Mojo.az Avto
Mojo.az Avto

Ela Rümeysa Cebeci yeni ifadə verdi: "Satıcı yox, istifadəçi idim"

23.12.2025 21:57 696
Ela Rümeysa Cebeci yeni ifadə verdi:
Türkiyədə aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində həbs edilən televiziya spikeri Ela Rümeysa Cebeci ilə bağlı yeni detallar Türkiyə mətbuatında dərc olunub.

Qaynarunfo-nun verdiyi xəbərə görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Cebeci 20 dekabr 2025-ci ildə istintaqa əlavə ifadə verib.

"Sabah" qəzetinin yaydığı xəbərə görə, Cebeci ifadəsində narkotik maddələrin satışı ilə heç bir əlaqəsinin olmadığını bildirib. O qeyd edib ki, heç vaxt narkotik satıcısı olmayıb və yalnız istifadəçi olub. Cebeci istintaqa mane olmamaq məqsədilə hər iki mobil telefonunun şifrələrini könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyini də vurğulayıb.

Əlavə ifadəsində Cebeci bildirib ki, əvvəlki ifadələrində narkotikdən istifadə etmədiyini desə də, sonradan həqiqətlərin tam şəkildə ortaya çıxması üçün özü istintaqa müraciət edib. Onun sözlərinə görə, WhatsApp yazışmalarında yer alan bəzi mesajlar kontekstdən çıxarılıb və yanlış şərh olunub. Spiker keçmiş dövrdə narkotik maddə istifadə etdiyini etiraf etsə də, ağır və sintetik maddələrdən istifadə etmədiyini bildirib.

Cebeci THC tərkibli maddələrin də Türkiyə qanunvericiliyinə görə cinayət hesab olunduğunu bilmədiyini, xaricdə bu cür maddələrin bəzi ölkələrdə sərbəst olması səbəbilə yanlış qərar verdiyini deyib. O, bu vəziyyəti açıq şəkildə səhv kimi qiymətləndirib.

"Sadettin Saranla romantik münasibətimiz olub..."

İstintaq materiallarında Cebeci ilə iş adamı Sadettin Saran arasında 2021-ci ilə aid yazışmaların yer aldığı da bildirilir. Cebeci savcılığa verdiyi ifadədə həmin dövrdə Saranla romantik münasibətdə olduqlarını, münasibətin sonradan dostluq səviyyəsində davam etdiyini bildirib. O, bu əlaqənin narkotik istintaqı ilə birbaşa bağlı olmadığını qeyd edib.

Cebeci əlavə olaraq yenidən qan testinin aparılmasını və saç nümunələrinin götürülməsini tələb edib. Müdafiə tərəfi bu addımın ittihamların xarakterinin dəqiqləşdirilməsi baxımından vacib olduğunu bildirir. Spiker istintaq prosesi zamanı yaşadığı imic zədələnməsi ilə bağlı da daha sonra ətraflı açıqlama verəcəyini deyib.

Türkiyə mediası yazır ki, İstanbulda aparılan bu istintaq təkcə bir şəxslə məhdudlaşmır və hazırda bir neçə tanınmış sima ilə bağlı araşdırmalar davam edir. Prokurorluq isə proseslə bağlı yalnız rəsmi məhkəmə sənədlərində əksini tapan məlumatların əsas götürülməsini tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner