Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza

14.09.2026 21:27 339
Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza
Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən iclasda dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı cinayət işi başlanılıb, X.Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

İstintaq materiallarından və təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsindən məlum olub ki, o, qardaşını həyat yoldaşına qısqandığı üçün qətlə yetirib. Lakin onun bu ehtimalları məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb.

Onu da qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış.

Son xəbərlər