İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı
Median.Az Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.//unikal