Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib (FOTO)

23.12.2025 21:48 855
Leyla Əliyeva
Dekabrın 23-də Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq" konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Median.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.

Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.











Son xəbərlər