Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir?

23.12.2025 17:55 417
Tikinti şirkəti sakinlərin əmlakına müdaxilə edir?
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində, Aydınbəyov küçəsi 18 ünvanında yaşayan sakin Elşən Hüseynovun iddiasına görə, ərazidə aparılan tikinti işləri zamanı ona məxsus həyətyanı sahənin hasarı dağıdılıb.
 
Sakinlər bildirib ki, 2021-ci ildən etibarən "Xəmsə Palace 2021" MTK tərəfindən həmin ərazidə iki yaşayış binasının inşasına başlanılıb. Sakin iddia edir ki, təxminən altı ay əvvəl gecə saatlarında ağır texnika vasitəsilə hasar uçurulub. Bu səbəbdən məhkəməyə müraciət etdiklərini deyən Hüseynovun sözlərinə görə, məhkəmə qərarı tikinti şirkətinə hasara müdaxilə etməyi qadağan edib. Lakin bir həftə əvvəl ərazidə yenidən qazıntı işləri aparılarkən hasarın qalan hissəsi də dağılıb. Onun sözlərinə görə, hazırda bütün hasar sökülüb və növbəti mərhələdə həyətin qazılmasından narahatdır.
 
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib və vətəndaşın iddiası təsdiqlənib.
 
Qeyd olunub ki, zərərçəkən sakin iştirak etməklə tikinti şirkətinin məsul şəxslərinə müvafiq xəbərdarlıq edilib.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner