Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellektlə ana və qızını aldadıb seyfi oğurladılar - MƏHKƏMƏ

22.12.2025 19:26 444
Süni intellektlə ana və qızını aldadıb seyfi oğurladılar - MƏHKƏMƏ
Bakıda süni intellekt vasitəsilə ana və qızını aldadaraq onlara məxsus qızıl zinət əşyaları və 100 min manat olan seyfi ələ keçirməkdə ittiham olunan Ruslan Məmmədov, Emin Əliyev, Rahid Hadıyev və Fazil Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmlə Ruslan Məmmədova beş il azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza, Emin Əliyevə beş il azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza, Rahid Hadıyevə 5 il 6 ay azadlıqdan məhrum edilməklə iki il sınaq müddətinə sərti cəza, Fazil Əliyevə isə 5 il 6 ay azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza verilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ruslan Məmmədovun 6 il 6 ay, Emin Əliyevin 6 il 6 ay, Rahid Hadıyevin 7 il 6 ay, Fazil Əliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrında Bakıda baş verib. Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan "Telegram" sosial şəbəkəsində "Victor Sergo", "Beneficiary" və "B" adı ilə qeydiyyatdan keçmiş şəxs və ya şəxslərlə, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2024-cü il oktyabrın 11-də Bakı şəhər sakini Zəminə Quliyevanın mobil telefon nömrələri vasitəsilə bir neçə dəfə əlaqə saxlayıblar. Onlar onun qızı Roida Rzayevanın guya ağır yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğundan Roida Rzayevaya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən səkkiz ədəd beş qramlıq, bir ədəd on qramlıq qızıl sikkə olan dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar veriblər. Onlar guya həmin dəmir seyfin və kənarda olan nağd pul vəsaitlərinin qızı R.Rzayevaya təcili çatdırılacağı adı ilə yalan vəd verib aldatmaqla, Z. Rzayevaya məxsus 1 600 manat və 800 ABŞ dollarını əvvəlcədən danışılmış taksi vasitəsilə götürərək ələ keçirmiş, Z.Rzayeva və R.Rzayevaya külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər.

Faktla bağlı CM-in 178.3.2. (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddəsi ilə cinayət işi başlanıb, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları ilə məlum olub ki, təqsirləndirilənlər həyata keçirdikləri dələduzluq əməlində səslərin uyğunlaşdırılmasında süni intellektdən istifadə ediblər. Onu da qeyd edək ki, ittiham olunan şəxslər tərəfindən dəymiş zərər ödənilib.

Son xəbərlər