Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Vaxtında ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi" - Səfirliyin təqsirləndirilən sabiq əməkdaşı ifadə verib

22.12.2025 17:30 465
ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Rafiq Göyüşov ifadə verərək əvvəllər səfirin sürücüsü olduğunu deyib.

"Mən ABŞ səfirliyinin əməkdaşlarının evlə təmin olunması ilə bağlı fəaliyyət göstərmişəm. 1997-ci ildə səfirin sürücüsü olmuşam. 2003-cü ildən 2018-ci ilədək işləmişəm. Mənə verilən ittihamla heç bir əlaqəm yoxdur. İşlədiyim vaxt ərzində evlərdə 70-dən çox amerikalı ailə yaşayıb.

İşdən öz xahişimlə çıxmışam. Səfirlikdə çalışanlara "green card" verirdilər. Mən ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi. Bu vaxt ərzində xəstəlik tapmışam. Mənim gündəlik, həftəlik, aylıq hesabatlarım olub. Özümü təqsirli bilmirəm".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.

Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin olunub.

İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən yaşayış komplekslərinin birində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb. O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.

İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.

Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Son xəbərlər