Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu...

18.12.2025 22:38 720
Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu...
Bakıda kafedə törədilmiş cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, hadisə ötən ilin iyun ayında gecə saat 02 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində qeydə alınıb. Həmin vaxt oradakı kafedə bir qrup şəxs arasında münaqişə baş verib. Bu zaman dalaşanları ayırmaq istəyən 1990-cı il təvəllüdlü Turan Şəkərov qəfil olaraq başından zərbə alıb. O, Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb stasionar müalicə olunsa da, bir neçə gün sonra vəfat edib.

T. Şəkərovun baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş-cırılmış yarası ilə əlaqədar baş beyinin irinli iltihabı və ödemi səbəbindən öldüyü müəyyənləşib.

Həmçinin aparılan istintaqla Turana Naxçıvan sakini 1970-ci il təvəllüdlü Musa Musayevin qartalbaşlı əsa ilə zərbə yetirdiyi məlum olub.

Turan Şəkərov dünyasını dəyişməzdən əvvəl verdiyi ifadədə hadisə zamanı dalaşanları ayırmağa çalışdığını söyləyib. Bundan sonra Musa onu yanına çağırıb və əsa ilə qəfil başına zərbə endirib.

Məhkəmə M. Musayevi Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Ona 5 il həbs cəzası verilib.

Son xəbərlər