Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:53 Mingəçevirdə həkim vəfat etdi | 21:48 Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO | 21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü |
Mojo.az Avto
Mojo.az Avto

Yeniyetmənin katerin altında qalması ilə bağlı YENİ DETALLAR

07.08.2024 15:20 1 362
Yeniyetmənin katerin altında qalması ilə bağlı YENİ DETALLAR
Dünən Mingəçevir su anbarında 16 yaşlı Nəsib Kazımlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisənin yeniyetmənin təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, N.Kazımlı təhlükəsizlik səddini keçib və su anbarındakı şardan öndə üzüb. Bu zaman yaxınlaşan kateri görən yeniyetmə suyun altına dalaraq xəsarət almaqdan yayınmaq istəsə də, başından ağır zədə alıb. Son anda katerin altında adam qaldığını görən şəxs nəqliyyat vasitəsini saxlayaraq ona kömək edib və sahilə çıxarıb.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 16 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya qəbul edilib. Baş nahiyəsindən xəsarətlər alan Nəsibin həyatına təhlükənin olmadığı qeyd edilib.

Qeyd edək ki, N.Kazımlı xəstəxanaya alın sümüyünün qəlpəli sınığı, subaraxnoidal qanaxma, burun sümüyünün sınığı, alın-təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, sol bud nahiyəsinin orta hissəsinin kəsilmiş yarası diaqnozları ilə daxil olub və reanimasiyaya yerləşdirilib.

Son xəbərlər