Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:00 Şənbə günü 21 dərəcə isti olacaq | 21:53 Mingəçevirdə həkim vəfat etdi | 21:48 Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO | 21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Siqaretə görə yol qəzası baş verdi, 3 nəfər ağır yaralandı

08.08.2020 21:29 2 466
Siqaretə görə yol qəzası baş verdi, 3 nəfər ağır yaralandı
Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə magistral yolun 20-ci km-də qeydə alınıb.

Belə ki, sürücü siqaret çəkmək üçün avtomobilini yolun kənarında park vəziyyətdə saxlayıb. Bu zaman arxadan gələn yük avtomobili minik avtomobilinə çırpılıb.

Hadisə zamanı 5 yaşlı Kərimov Yusif Rüfət oğlu, 1962-ci il təvəllüdlü Qarayeva Xuraman Atamoğlan qızı, 1983-cü il təvəllüdlü Acanov Vüsal Azad oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı Y. Kərimova qapalı kəllə-beyin travması, sol qamış sümüyünün yerdəyişən sınığı və təpə-ənsə nahiyəsinin cırılmış yarası, X. Qarayevaya qapalı kəllə-beyin travması və təpə-ənsə nahiyəsinin cırılmış yarası, V. Acanova isə qapalı kəllə-beyin travması, baş nahiyəsinin cırılmış yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər