Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?

17.12.2025 18:52 576
Türkiyədən Azərbaycana nə qədər pul köçürülüb?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 104,476 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 milyon ABŞ dolları və ya 11,5% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Türkiyənin payı 28,9% təşkil edib. Bununla da Türkiyə Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Həmçinin cari ilin ilk 9 ayında Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 140,298 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 7,6% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 16,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 118,090 milyon ABŞ dolları, əks istiqamətdə isə 130,332 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.скачать dle 11.3
Mojo.az Banner