Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan Gürcüstana nə qədər pul göndərilib? - RƏSMİ

15.04.2021 15:42 1 788
Azərbaycandan Gürcüstana nə qədər pul göndərilib? - RƏSMİ
2021-ci ilin mart ayında Gürcüstandan Azərbaycana ümumi 1 milyon 424,4 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Bu, 2020-ci ilin mart ayının göstəriciləri ilə müqayisədə 32,5 faiz çoxdur. Əvvəlki ayın (2021-ci il fevral) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 10,9 faiz artıb.

Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 7 milyon 333,1 min dolları təşkil edib. Köçürmələrin həcmi 2020-ci ilin mart ayı ilə müqayisədə 3,1 dəfə, əvvəlki aya (2021-ci il fevral) nisbətən isə 22,9 faiz artıb.

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan Gürcüstana ümumilikdə 18 milyon 616,9 milyon dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çox), Gürcüstandan Azərbaycana 3 milyon 845,9 min dollar (7,6 faiz çox) həcminə pul transfert edilib.

Qeyd edək ki, son göstəricilərə əsasən, Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 9-cu pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.скачать dle 11.3
Mojo.az Banner