Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Android”dən yenilik - Təhlükəsizlik gücləndiriləcək

12.12.2025 17:56 411
“Android”dən yenilik - Təhlükəsizlik gücləndiriləcək
“Google”, “Android” sistemində təhlükəsizliyi gücləndirən yeni funksiyanı, “Təcili Durum Canlı Videosunu” istifadəyə verdiyini açıqlayıb. Bu yenilik sayəsində istifadəçilər təcili vəziyyətlərdə ilk yardım və xilasedici qruplarla real vaxtda video bağlantısı quraraq anlıq görüntüləri paylaşa biləcəklər.



Sfera.az xəbər verir ki, şirkətin məlumatına görə, bu sistemin məqsədi yol qəzaları, yanğınlar və ya tibbi fövqəladə hallar zamanı müdaxilə komandalarına hadisə yerindən daha dəqiq və operativ məlumat ötürməkdir.



Beləliklə, xilasetmə qrupları hadisə yerinə çatmazdan əvvəl vəziyyəti qiymətləndirə biləcək, istifadəçilər isə operatorların görüntülü təlimatları ilə ilkin müdaxiləni həyata keçirə biləcəklər.


Yeni xüsusiyyətin istifadəsi üçün əlavə quraşdırma və ya xüsusi tənzimləmə tələb olunmur. Təcili zəng zamanı operatorun göndərdiyi istəyi qəbul etmək kifayətdir. Bundan sonra qurğu şifrələnmiş, təhlükəsiz və istənilən an dayandırıla bilən canlı video yayımına başlayır.


“Google” bildirib ki, bu funksiyanı “Android 8” və daha yeni versiyaları dəstəkləyən bütün smartfonlarda aktivləşdirmək mümkün olacaq. Sistem ilkin mərhələdə ABŞ, Almaniya və Meksikanın seçilmiş bölgələrində istifadəyə veriləcək.


Şirkət yeni texnologiyanın təcili yardım sahəsində operativliyi artıracağını və həyat qurtarma prosesini daha effektiv edəcəyini vurğulayıb.

Son xəbərlər