Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dostlar arasında böyrək davası: "Qardaş kimi ciyərimi də verərəm"

11.12.2025 19:02 480
Dostlar arasında böyrək davası:
Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyini bildirən şəxs qarşı tərəfdən bu məqsədlə xeyli miqdarda pul alıb, amma sonda əməliyyat baş tutmayıb.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, pulu verən Eldar Əhmədov Nadir Behbudovu (ad-soyadlar şərtidir) dələduzluqda ittiham edib və rəsmi orqanlara şikayət edib.

Məlum olub ki, 1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun xanımının dializ xəstəsi olduğunu öyrəndikdən sonra böyrəyini qadına təmənnasız olaraq verə biləcəyini deyib.

Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib:

"Könüllü olaraq, heç bir təmənna güdmədən donor olmaq üçün razılıq verdim. Sadəcə, Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyindən sonra əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat şəhadətnaməsi ilə də təsdiq etmişdim. Pulları isə şəxsi ehtiyaclarıma xərcləmişəm".

Zərərçəkən kimi tanınan Eldar Əhmədov isə ifadəsində əksini söyləyib:

"Həkimlərin məsləhəti ilə Nadirin böyrəyinin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirildi və tibbi göstərişlər uyğun gəldiyindən razılaşdıq. Bundan sonra Nadir müxtəlif vaxtlarda fərqli səbəblərdən məndən pul istədi. Ona ümumilikdə 17109 manat vermişəm. Nadir müayinədən keçdikdən sonra Səhiyyə Nazirliyində izahat verərək böyrəninin qadına köçürülməsindən imtina etdi. Bundan sonra pulumu geri istəsəm də qaytarmadı".

Maraqlıdır ki, Nadir "ASAN Xidmət" mərkəzində səlahiyyətli orqanlara böyrəyinin köçürülməsi ilə bağlı ərizə də yazıb. O, ərizəsində qadına təmənnasız olaraq böyrəyini verəcəyini, heç bir iddia və tələbi olmadığını bildirib. Bundan başqa o, transplantasiya prosesi ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının videogörüntülü iclasına da qatılıb. O, iclasında böyrəyini təmənnasız verməyə hazır olduğunu bəyan etməklə "Dost kimi, qardaş kimi lazım olsa ciyərimi də verərəm" ifadələrini səsləndirib.

Məhkəmə də bu səbəbdən Nadirin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsin ilkin və davamlı niyyəti real olaraq donor qismində çıxış etmək və öz böyrəyini transplantasiya məqsədilə qadına verməkdən ibarət olub. Bu niyyətini təsdiq etmək məqsədilə Nadir könüllü şəkildə notarial qaydada razılıq verib, müvafiq tibbi müayinələrdən keçib və transplantasiya prosedurunun tələb etdiyi bütün zəruri mərhələlərdə iştirak edib. Sonuncunun donor olmaq niyyəti müvəqqəti və situativ deyil, ardıcıl və ciddi şəkildə formalaşmış iradə aktı olub. Bu faktlar onun əvvəlcədən formalaşmış dürüst və ciddi iradəsinin mövcud olduğunu, heç bir aldatma və ya etibardan sui-istifadə məqsədi daşımadığını qəti şəkildə göstərir. Belə ki, transplantasiya prosesində şəxsin iradəsi yekun qərar deyil. Qərar verən struktur Etika Komissiyasıdır. Yəni şəxs öhdəliyini icra etməkdə subyektiv maraq göstərsə də, nəticə onun nəzarətindən kənar baş verib.

Bildirilib ki, təqsirləndirilən şəxs böyrək müqabilində müəyyən məbləğ tələb etməyib, verilən pulların mahiyyəti iqtisadi əvəzli əməliyyat kimi müəyyən edilməyib, pullar maddi nemətin ələ keçirilməsi məqsədi ilə deyil, müstəqil və əlaqəsiz epizodlar çərçivəsində qarşı tərəfindən könüllü təqdim olunub.

Yekun nəticədə məhkəmə Nadir Behbudovun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilib və iclas zalında həbsdən azad edilib.

Son xəbərlər