Mojo.az Banner
19:57 Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ  |     19:56 CNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır  |     19:54 Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı (Yenilənib)  |     19:50 Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı  |     18:44 Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO  |     18:40 Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub  |     17:09 Azərbaycanda ana ölümləri: Regionlar üzrə STATİSTİKA  |     16:36 Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI (FOTO)  |     16:33 İlham Əliyev yeni rektor təyin etdi  |     16:13 Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq  |     16:05 Sabah yağış yağacaq  |     15:41 Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU  |     15:34 Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     15:14 Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanıldı  |     15:13 İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?  |     14:57 Azərbaycanda ət kəskin bahalaşacaq  |     13:01 Gəncədə zavod yandı - Video  |     12:48 Xırdalanda nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır - Video  |     12:46 Naxçıvanda yeni direktor təyinatları olub  |     12:44 WUF13 zamanı Bakıya girişdə məhdudiyyətlər olacaq? - RƏSMİ AÇIQLAMA  |    
Left Banner
Right Banner

"Bu halda karta vəsaitin daxil olması qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər" - Ekspert

10.12.2025 22:41 447
"Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər də var".

Bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:

"15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət. Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. İşsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə "Məşğulluq haqqında" qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni, qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: "Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni, qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir".

Ekspert bildirib ki, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur: "Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir".

Ə.Həsənov qeyd edib ki, növbəti ildən qurumlar qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq: "Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən? Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: Məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil".
скачать dle 11.3
Mojo.az Banner