Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xırdalanda nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır - Video

05.05.2026 12:48 432
Xırdalanda nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır - Video
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Qalubiyyə küçəsində nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır. Xüsusilə avtobus sürücüləri yoldakı vəziyyətdən narazılıq edirlər.

Median.Az
-ın Xezerxeber.az-a istinadən məlumatına görə, sürücülər deyirlər ki, bir gediş, bir gəliş olmaqla dar hərəkət hissəsinə malik küçənin hər iki tərəfində avtomobillərin saxlanılması nəqliyyatın sərbəst hərəkətini mümkünsüz edir.

Avtobus sürücüləri bildirirlər ki, günün əksər saatlarında küçədə yaranan sıxlıq səbəbindən həm onlar, həm də sərnişinlər mənzil başına vaxtında çata bilmirlər. Bəzən qarşıdan gələn nəqliyyat vasitəsi ilə üz-üzə qaldıqda uzun müddət gözləməli olurlar ki, bu da marşrut qrafikinin pozulmasına, sərnişinlərin isə narazılığına səbəb olur.

Sürücülərin sözlərinə görə, problem təkcə avtobusların deyil, digər avtomobillərin də hərəkətinə maneə yaradır. Küçədə avtomobillərin nizamsız şəkildə yolun kənarında saxlanılması onsuz da ensiz olan yolu daha da daraldır və nəticədə hərəkət iflic vəziyyətinə düşür.

Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, Qalubiyyə küçəsində "dayanma-durma qadağandır" yol nişanlarının olmaması bəzi sürücülərin qaydalara məhəl qoymamasına şərait yaradır. Həmin küçədə zəruri yol nişanlarının quraşdırılması məsələsi ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət olunub.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, may ayı ərzində həmin küçədə dayanma və durmanı tənzimləyən yol nişanları quraşdırılacaq. Bundan sonra küçədə nəqliyyatın hərəkəti xeyli rahatlaşacaq, avtobusların və digər nəqliyyat vasitələrinin qarşılaşdığı sıxlıq problemi aradan qalxacaq.

Son xəbərlər