Mojo.az Banner
18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |     16:21 Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq  |     16:18 Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu  |     16:16 26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır  |     16:12 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?  |     16:10 Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı  |     14:23 Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?  |     14:22 Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı  |     14:21 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Satılmayan ət sabaha saxlanılır" - Ekspert dönərlə bağlı riskləri açıqladı

10.12.2025 18:57 396
Dönərxanalarda satılan dönərlərin qiymətində kəskin fərqlər var. Bir yerdə 3-4 manata satılan dönərin eynisini başqa yerlərdə 1,5-2 manata almaq olur. 
 
Qiymət fərqi dönərlərin keyfiyyəti ilə bağlı narahatçılığı artırır. Buna görə də məntiqli sual yaranır: dönər qiymətləri arasında fərq keyfiyyəti də göstərirmi? Ucuz dönər yemək sağlamlığımız üçün risklidirmi?
 
Bununla bağlı sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymətin dönərin keyfiyyətini mütləq şəkildə ifadə etmədiyini bildirib:
 
“Lakin texnoloji normalara əməl olunmaqla, təzə və düzgün seçilmiş ətlə hazırlanan dönərin real bazar qiyməti orta hesabla 3-4 manat olmalıdır. Biz istehlakçı hüquqlarını müdafiə edən qurum olaraq, vətəndaşların həm sərfəli, həm də etibarlı qida məhsulları əldə etməsinin tərəfdarıyıq. Azərbaycanda quş və ya mal ətinin şişə taxılıb 40°C-də şok dondurmadan keçirildikdən sonra, xüsusi şəkildə qablaşdırılıb soyuducu maşınlarla dönərxanalara çatdırılmasını təmin edən cəmi iki rəsmi müəssisə mövcuddur. Lakin təəssüf ki, dönər satışı ilə məşğul olan obyektlərin böyük əksəriyyəti bu müəssisələrdən məhsul almır. Əvəzində başqa mənbədən əldə olunan dönər kütləsinə sadəcə bir kağız yapışdıraraq, guya həmin markalı məhsulun istifadə edildiyini iddia edirlər”.
 
Ekspertin fikrincə, Qida Təhlükəsizliyi Agentliyi elə bir nəzarət mexanizmi qurmalıdır ki, bişən dönərin hansı şişə aid olduğunu, həqiqətən də göstərilən istehsalçıya məxsus olub-olmadığını müəyyən etmək mümkün olsun:
 
“Hazırda isə belə bir sistem praktiki olaraq mövcud deyil. Qiymətlərin yüksəldilməsi bəzi hallarda istehlakçını çaşdırmaq və keyfiyyət görüntüsü yaratmaq məqsədi daşıya bilər. Dönərxanalarda ən ciddi problemlərdən biri isə satılmayan  dönər ətinin sabaha saxlanılmasıdır. Bu, artıq sağlamlıq üçün təhlükəli sayılır. Eyni zamanda, tərkibə əlavə edilən keyfiyyətsiz mayonez və digər souslar da risk faktorudur”.скачать dle 11.3
Mojo.az Banner