Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib (FOTO)

10.12.2025 12:44 1 284
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olunub.

"John Deere" şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verib.

Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1837-ci ildə ABŞ-də qurulmuş "John Deere" kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan "John Deere"in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.




Son xəbərlər