Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirliyin əməkdaşları vətəndaşı qanunsuz cərimələyiblər - Məhkəmə QƏRARI

06.12.2025 13:33 861
Nazirliyin əməkdaşları vətəndaşı qanunsuz cərimələyiblər - Məhkəmə QƏRARI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları vətəndaş barəsində qanunsuz protokol tərtib ediblər.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, idarə əməkdaşları İsmayıllı rayonu ərazisində Ağa Ağayevin qanunsuz ovla məşğul olduğu iddiası ilə ona qarşı 1 000 manat cərimə nəzərdə tutan protokol tərtib ediblər.

İsmayıllı Rayon Məhkəməsi isə araşdırma zamanı vətəndaşın qanunsuz ov etməsini təsdiqləyən heç bir sübutun olmadığını müəyyən edib. İş materiallarında yalnız idarə nümayəndəsi Nərman Çırıyevin təqdim etdiyi videogörüntü mövcud olub. Həmin görüntüdə də Ağa Ağayevin qanunsuz ov etməsi əks olunmayıb.

Nərman Çırıyev məhkəmədə bildirib ki, vətəndaşa yaxınlaşdıqları zaman onlara protokol tərtib edilməməsi üçün "hörmət" təklif edilib.

Məhkəmə sübutları qiymətləndirərək protokolun əsassız olduğunu müəyyənləşdirib və ləğv edib. İdarə bu qərardan apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.

Beləliklə, vətəndaş Ağa Ağayev barəsində tərtib edilmiş protokol tam şəkildə etibarsız sayılıb.

Son xəbərlər