Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda övladı yeni doğulan kişilərə ÖDƏNİŞLİ məzuniyyət verilə bilər

03.12.2025 12:47 738
Azərbaycanda övladı yeni doğulan kişilərə ÖDƏNİŞLİ məzuniyyət verilə bilər
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.

Sözügedən təkliflər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Belə ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq, məcəlləyə "ailə vəzifələri olan işçi", "minimum əməkhaqqı" anlayışı daxil edilir.

Bundan başqa, BƏT-in 165 nömrəli Tövsiyəsinə uyğun olaraq, Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işlənməsi təklif edilir. Dəyişikliyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.

"Analığın mühafizəsi" Konvensiyasının tələblərinə əsasən isə Əmək Məcəlləsinə yeni hissə əlavə edilir.

Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Son xəbərlər