Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?

02.12.2025 12:28 1 242
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
"Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən yeni dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla daha tez pensiyaya çıxmaqla bağlı prosedurlar daha da sadələşib və əlçatanlıq artırılıb".

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?

Deputat qeyd edib ki, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yer alan incəsənətin xüsusi sahələri, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi beş il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var:

"Bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayış təqdim edilməsinə ehtiyac vardı.

Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər yarandı. Nəticədə, bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklərlə üzləşirdilər. Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman, güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq".

"Yeni dəyişikliklər ilə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Yəni bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq.

Daha sadə izah etsək: güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə, yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa, vətəndaşımız daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda pensiya məbləğlərinin artmasına xidmət edəcək", - V.Bayramov qeyd edib.

Son xəbərlər