Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ən məşhur sosial şəbəkələr açıqlandı

01.12.2025 22:25 972
Azərbaycanda ən məşhur sosial şəbəkələr açıqlandı
Azərbaycanda 2025-ci ilin noyabr ayında ən populyar brauzer 81,26 faiz payla "Chrome” olub, onun ardınca 7,25 faizlə "Safari” və 2,37 faizlə "Opera” gəlir. Daha sonra "Samsung Internet” (2,34 faiz), "Edge” (2,1 faiz) və "Yandex Browser” (1,35 faiz) gəlir. Bütün platformalar üzrə (stolüstü və mobil cihazlar) statistika "Chrome”un böyük fərqlə lider olduğunu göstərir.

Azərtac "StatCounter Global Stats” agentliyinin noyabr hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ən populyar sosial şəbəkə "Instagram” olub. Onun ardınca "YouTube” və "Facebook” gəlir, daha sonra isə digər məşhur platformalar yerləşir.

"StatCounter”in məlumatına görə, bu ilin noyabr ayında Azərbaycandakı sosial media platformalarının ümumi seqmentində (kompüterlər, mobil cihazlar və planşetlər) "Instagram”ın payı 48,74 faiz təşkil edib (oktyabrda – 35,77 faiz). İkinci yerdə qərarlaşan "YouTube”un bazar payı 31,04 faiz olub. Növbəti yerdə qərarlaşan "Facebook”un bazar payı 10,68 faiz təşkil edib. Dördüncü yerdə olan "X”in bazar payı isə 4,46 faiz olub. Beləliklə, onun bazar payı bir ay ərzində 77 faiz azalıb. Beşliyi 5,7 faiz bazar payı ilə "Pinterest” tamamlayır.

Son xəbərlər