Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ miqrantlara sığınacaq verilməsini bərpa etməyi planlaşdırır

01.12.2025 19:24 726
ABŞ miqrantlara sığınacaq verilməsini bərpa etməyi planlaşdırır
ABŞ-də miqrantlara sığınacaq verilməsi müraciətlərin yeni standartlara uyğun yoxlanışından sonra bərpa olunacaq.

Bunu "NBC News" telekanalına ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.

"Daxili təhlükəsizlik naziri Kristi Noem qeyd edib ki, administrasiya yığılıb qalmış müraciətləri yeni standartlara əsasən araşdırdıqdan sonra miqrantlara sığınacaq verilməsi prosesi bərpa olunacaq", – telekanal vurğulayıb.

Daha əvvəl ABŞ-də Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən atışma fonunda bütün sığınacaq müraciətlərinin baxılması dayandırılıb. Məhdudiyyət o vaxta qədər qüvvədə olacaq ki, aidiyyəti qurum "hər bir miqrantın maksimum səviyyədə yoxlanışını və diqqətli seçim prosesini" təmin edə bilsin.

Xatırladaq ki, 27 noyabrda Vaşinqtonda Əfqanıstan vətəndaşı atışma törədib, nəticədə ABŞ Milli Qvardiyasının bir hərbçisi həlak olub, digər qvardiyaçı isə yaralanıb.

Son xəbərlər