Mojo.az Banner
18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |     18:43 Bu müəllimlərin maaşı arta bilər - Şöbə müdiri açıqladı  |     18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |    
Left Banner
Right Banner

İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək

17.12.2024 20:13 1 404
İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək
İsveç hökuməti və onu dəstəkləyən "İsveç Demokratları" partiyası sığınacaq almaq üçün qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə miqrasiya məsələləri üzrə nazir Yuhan Forsel mətbuat konfransında bildirib.

Onların təklifinə əsasən, rədd cavabı alan şəxslər sığınacaq üçün yalnız 5 ildən sonra yenidən müraciət edə bilərlər və bu müddət ərzində krallıq ərazisində qala bilməzlər.

"Hesab edirik ki, bu təkliflər sığınacaq verilməsindən imtina aldıqdan sonra vətənə qayıdan şəxslərin sayının artmasına, habelə sığınacaqla bağlı əsassız müraciətlərin sayının azalmasına kömək edəcək", - Y.Forsel izah edib.

Qanunvericiliyə əlavələr 2025-ci il aprelin 1-də qüvvəyə minməlidir.

"Artıq imtina qərarının müddətinin bitməsini gözləmək və daha sonra işə yenidən baxılması üçün icazə almaq məqsədilə İsveçdə qeyri-qanuni qalmaq üçün səbəb olmayacaq", - "İsveç Demokratları" partiyasının miqrasiya məsələləri üzrə spikeri Lüdviq Asplinq mətbuat nümayəndələri ilə görüşdə bildirib.скачать dle 11.3
Mojo.az Banner