Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Elton Con sürətlə görmə qabiliyyətini itirir: "Mənim üçün çətindir"

28.11.2025 21:33 546
Elton Con sürətlə görmə qabiliyyətini itirir:
Britaniyalı musiqiçi Elton Con "Variety" jurnalına verdiyi müsahibədə son bir il yarım ərzində sağ gözündə görmə qabiliyyətini itirdiyini və sol gözü olduqca zəif olduğunu etiraf edib.

Median.Az
xəbər verir ki, sənətçi oxumaq, video izləmək və ya vizual məlumatları qavramaq qabiliyyətini praktik olaraq itirdiyini, lakin nikbin olduğunu bildirib.

"İnanılmaz bir həyat yaşadım və ümidim var. Sadəcə səbirli olmalıyam: bir gün elm mənə kömək edəcək", deyə sənətçi bildirib.

Musiqiçinin partnyoru Devid Furnişin sözlərinə görə, müğənninin müalicəsi ilkin müsbət irəliləyişlər göstərib. Prosedurlar onun sol gözünün vəziyyətini yaxşılaşdırıb.

"Gülümsəməli və dözməliyəm. Bəzən mənim üçün həqiqətən çətindir. Amma ümumilikdə gözəl bir ailəm, iki gözəl övladım və o var", deyə Con Furnişə işarə edərək əlavə edir.

"Pol Makkartni mənimlə əlaqə saxlamaq üçün FaceTime-da mənə zəng edir. Bu, çox təsirlidir!", deyə sənətçi bildirib.

Con həmçinin görmə problemləri səbəbindən ünsiyyət qurmağın alternativ bir yolunu - insanları yaxından görməyə imkan verən "iPad" vasitəsilə tapdığını bildirir.

Ser Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox albom satıb. Onun 52 Böyük Britaniyanın Top-40 sinqlı və 23 ABŞ-ın Top-40 hiti var, bunlardan 16-sı Top-10-luğa, altısı isə Birinci Nömrəyə çatıb. Onun ən məşhurlardan olan və 1997-ci ildə çıxan "Candle in the Wind" 37 milyon nüsxə satılıb.скачать dle 11.3
Mojo.az Banner