Mojo.az Banner
17:09 Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi  |     17:02 Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı - Boğularaq öldürülüb  |     17:00 Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq  |     16:51 Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı həbs edilib  |     16:25 AYNA-ya yeni səlahiyyət verildi  |     16:20 Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib  |     15:53 Ağdaş sakinləri Şirvan kanalının yenidən qurulması ilə bağlı kompensasiya alacaqlar  |     15:44 Bakıda binanın zirzəmisindən kişi meyiti tapıldı  |     15:31 İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək  |     15:16 Qaradağda narkokuryerin saxlanılma GÖRÜNTÜLƏRİ (Video)  |     15:09 Arzu Əliyeva Xanbulanın möhtəşəm görüntülərini paylaşdı - Video  |     15:04 Azərbaycanda icbari və könüllü tibbi sığorta birləşdirilə bilər  |     14:56 Tailandda daşqınlar: Ölənlərin sayı artdı  |     14:47 Ermənistanda hərbçilər özləri basdırdıqları minaya düşdülər  |     14:01 Fərdi təhsilə cəlb edilməyən sığınacaqdakı gənc qızla bağlı QƏRAR VERİLDİ - FOTO (Yenilənib)  |     13:27 KİV: Paşinyan daha Simonyana etibar etmir  |     13:09 Ankarada 154 işçi qidadan zəhərlənib: Dörd şübhəli saxlanılıb  |     13:08 Ermənistan XİN "3+3" formatında növbəti görüşün vaxtı və yeri barədə açıqlama yayıb  |     12:35 "Şamaxinka"da yeni layihənin icrasına BAŞLANILIR - Sıxlıq aradan qaldırılacaq (Video)  |     12:32 Azərbaycan UEFA əmsallar cədvəlində bir pillə geriləyib  |    
Left Banner
Right Banner

Yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı bir sıra qanunlara dəyişiklik edildi

28.11.2025 16:09 66
Yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı bir sıra qanunlara dəyişiklik edildi
Prezident İlham Əliyev "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Median.Az
bu barədə President.az-a istinadən xəbər verir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə edilmiş dəyişikliklə uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə qəyyumluq və himayəçilik orqanı nəzarət edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə edilən dəyişikliklə qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunununa edilən dəyişikliklə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır.

Həmçinin "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar:

- yetkinlik yaşına çatmayanların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsini;

- tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsini;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh və bu maddədə nəzərdə tutulmayan digər intizam təsir tədbirlərinin tətbiq edilməsini təmin etməlidirlər.

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunun və digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə:

- yetkinlik yaşına çatmayan şəxsin İİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə qəyyumluq və himayəçilik orqanının razılığı ilə aparıla bilər;

- İİV-ə tibbi müayinənin nəticələri barədə məlumat müayinə olunan 16 yaşına çatmamış şəxsdirsə, onun valideynlərinə və ya qəyyumlarına və yaxud müayinə olunan şəxsin müayinə olunmasına razılıq vermiş qəyyumluq və himayəçilik orqanının səlahiyyətli nümayəndəsinə verilir.

"Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə:

- uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır;

- əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər;

- mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur.скачать dle 11.3