Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Noyabrda havaların mülayim keçməsinin səbəbi açıqlandı

26.11.2025 19:43 354
Noyabrda havaların mülayim keçməsinin səbəbi açıqlandı
Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a bildirilib ki, havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından Bakıda və Abşeron yarımadasında 3,9 dərəcə yüksəkdir.

Ümumilikdə noyabrda 22 gün temperatur normadan yüksək olub:

"Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir".

Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında isti hava müşahidə olunur:

"Rayonlarda havanın temperaturunda 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artım var. Bu iqlim dəyişikliyi ilə bağlıdır".

R.İsmayılov əlavə edib ki, Azərbaycanda havanın dəyişməsinə ən çox təsir şimaldan və cənubdan daxil olan hava kütlələri ilə bağlıdır:

"Hazırda cənubdan axan hava kütlələri səbəbindən ölkədə isti hava müşahidə edilir. Qışda havanın temperaturunun soyuq keçib-keçməməsinə gəlincə, bu, kzotik proseslərlə bağlıdır. Şimal hava kütlələri ölkəyə daxil olanda artıq havalar soyuya bilir".скачать dle 11.3
Mojo.az Banner