Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda döşəməsi çökən bina söküləcək

25.11.2025 21:27 717
Goranboyda döşəməsi çökən bina söküləcək
"Goranboyda döşəmənin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək".

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti başçının birinci müavini, rayon Fövqəladə Hallar komisiyasının sədri Seymur Nazarov bildirib.

Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək: "Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli beşmərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərinin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb ediliblər. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib, sakinlər təxliyə olunublar. Təhlükəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yeni binanın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq".

Qeyd olunub ki, yeni inşa ediləcək bina köhnə binanın həyətində tikiləcək: "Hazırda FHN-nin və Layihə İnstutunun əməkdaşları yerin müayinəsini aparırlar. Layihələndirmə işlərinə start verilməkdədir. Yaxın vaxtlarda hazırlanacaq layihə əsasında yeni binanın inşası ilə bağlı işlərə başlanılması planlaşdırılır".

Hadisə baş verən binanın yaxınlığında Rayon İcra Hakimiyyəti ilə FHN-nın Aran regional mərkəzi birlikdə qərargah yaradıb. Qərargahda icra hakimi və FHN Aran Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov sakinləri dinləyiblər.

Son xəbərlər