Mojo.az Banner
13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyev vəkilindən imtina etdi

24.11.2025 21:36 984
Ramiz Mehdiyev vəkilindən imtina etdi
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu qərarı şəxsi istəyi ilə verib.

Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.

Məsələ ilə bağlı Z.Abiyev Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmədiyini bildirərək, başqa suallara cavab vermək istəmədiyini deyib.

Ramiz Mehdiyevin bu addımı onun istintaq prosesinə daha yaxından müdaxilə etməyə, müdafiə taktikasını formalaşdırmağa başladığını göstərir. Elə bir müddət əvvəl o, ilk addım kimi yeni vəkilləri vasitəsilə apellyasiya şikayətləri vermişdi. Amma Rusiyaya göndərdiyi məktub üzə çıxdıqdan sonra həmin şikayətləri mənasız sayaraq geri çəkib.

Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.скачать dle 11.3
Mojo.az Banner