Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Küçədə vəzifəli şəxsə hücum edənə HÖKM OXUNDU

24.11.2025 16:57 378
Küçədə vəzifəli şəxsə hücum edənə HÖKM OXUNDU
Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirmiş 44 yaşlı şəxsin məhkəməsi keçirilib.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, rayon sakini Vasif Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Vasif "TikTok" səhifəsində "Azərişıq"ın Beyləqan Elektrik Şəbəkəsi barəsində ardıcıl olaraq neqativ məzmunlu paylaşımlar edib və buna görə idarənin rəisi Fikrət Əhmədov onu məhkəməyə verib.

Bundan sonra Vasif Fətiyev Gəray Əsədov küçəsində Fikrət Əhmədovla qarşılaşıb və aralarında insident baş verib.

Hadisə zamanı Vasif rəisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Ardınca sinə nahiyəsinə bir dəfə yumruqla, daha sonra əlində olan mobil telefonla sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub.

Nəticədə ona sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara xarakterli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

Daha sonra həmin yerə yaxın məsafədə olan Fikrət Əhmədova məxsus "Changan CS 55 Plus" markalı avtomobilin ön kapot hissəsinə sağ əli ilə qəsdən bir neçə dəfə zərbə endirərək, ona 100 manat məbləğində zərər vurmaqla, ictimai qaydanı kobud şəkildə pozub.

O da məlum olub ki, V.Fətiyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə V.Fətiyevə üç il həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner